Xəbər verdiyimiz kimi, “Samsung” şirkəti Şimali Koreya və İran idmançılarından başqa Qış Olimpiya Oyunlarında yarışacaq idmançılara ümumilikdə 4 min “Galaxy Note 8 Olimpic Edition” smartfonu hədiyyə verəcəyini açıqlamışdı.
Offsideplus.az CNN Türk-ə istinadən xəbər verir ki, İran parlamentinin İqtisadi Komissiyanın üzvü Əli Əkbər Kərimi isə xalqı “Samsung” məhsullarını boykot etməyə çağırmışdı.
Daha sonra “Samsung” şirkəti və Beynəlxalq Olimpiya Komitəsi İrandan üzr istəyiblər:
Şirkət problem aradan qaldırılacağını və iranlı idmançılara hədiyyə təqdim olunacağını açıqlayıb.