"Qızlar əllərindən gələni etdilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol üzrə milli komandasının baş məşqçisi Həbib Ağayev deyib.
Avropa çemponatının II seçmə mərhələsində yığmamızın çıxışını dəyənləndirən çalışdırıcı 3 matçda 10 top buraxmağımızın səbəbini belə izah edib: "Birinci oyundakı rəqibimiz Şimali İrlandiya çox güclü idi. Onlar qrupdakı hər 3 görüşdə böyükhesablı qələbə qazandılar. Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər. Birinci turdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə qarşılaşmada isə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu”.
Xatırladaq ki, U-19 B Liqasının IV qrupunda Şimali İrlandiya və Albaniyaya 0:4, Monteneqroya isə 1:2 hesabı ilə uduzub.