"Sabah" Futbol Akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda mübarizəni davam etdirirlər.
Offsideplus.az xəbər verir ki, liqalarda hesabat turunun oyunlarını Bakı təmsilçisinin aktivinə yazmaq olar. "Sabah"ın komandaları 6 matçın 4-də qalib gəlib, 1-də heç-heçə edib və 1 dəfə məğlubiyyətlə barışıblar. 
Ən boyükhesablı qələbə isə U-17 Qızlar Liqasında qeydə alınıb. "Sabah"ın xanım futbolçuları Zaqataladan olan həmyaşıdlarının qapısından 13 top keçiriblər.
U-13 Liqası
"Sabah" – "Zirə" 6:2
Qollar: Yusif Ağayev (4), Hüseyn Musayev, Ayxan Hüseynov.
U-15 Liqası
"Sabah" – "Sumqayıt" 1:2
Qol: Nihad Hüseynzadə.
U-16 Liqası
"Sabah" – "Mübariz FA" 6:0
Qollar: Ceyhun Kazımzadə (4), Şakir Süleymanov, Rəvan Quliyev.
U-17 Liqası
"Sabah" – "Səbail" 2:2
Qollar: Ümid Səlimov, Turan Fətullayev.
U-17 Qızlar Liqası
"Zaqatala City" – "Sabah" 1:13
Qollar: Aysu Əsədova, Aylin Kərimova (6), Aygün Novruzova, Tərgül Qəniyeva (2), Fatimə Kərimli (2), Ruslana Kazaçenko.
Gənclər Liqası (U-19)
"Sabah" – "Dinamo" 3:1
Qollar: Tariel Fərzəliyev (3)