İngiltərə Premyer Liqasında ötən gecə keçirilən 4 oyunla XIX tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu matçların 3-ü qolsuz heç-heçə başa çatıb.

"Liverpul" - "Lids", "Sanderlend" - "Mançester Siti" və "Brentford" - "Tottenhem" görüşlərində qapılara qol vurulmayıb.

"Kristal Palas" - "Fulhem" oyunu isə 1:1 hesabı ilə bitib.

Lider "Arsenal" "Mançester Siti" ilə arasındakı xal fərqini 4-ə çıxarıb.

Qeyd edək ki, Premyer Liqa növbəti tur sabah start götürəcək.