İngiltərə Premyer Liqasının 16-cı turunda “Liverpul” “Brayton”la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, matç meydan sahiblərinin2:0 hesabı ilə qələbəsi yekunlaşıb. 

“Enfild” stadionunda baş tutan qarşılaşmada hesabı 46-cı saniyədə Uqo Ekitike açıb.

60-cı dəqiqədə isə Məhəmməd Salah komandasının ikinci qolunu vurmaqla matçın taleyini həll edib.