İngiltərə Premyer Liqasının 15-ci turunda “Aston Villa” - “Arsenal”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, Birminhemdəki “Villa Park” stadionunda baş tutan oyun Meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə qələbəsi ilə yekunlaşıb.
“Aston Villa”nı n futbolçusu Metti Keş 36-cı dəqiqədə hesabı açıb.
Leandro Trossard isə 52-ci dəqiqədə hesaba tarazlıq gətirib.
Meydan sahiblərinin heyətində Emiliano Buendia 90+5-ci dəqiqədə qələbə qolunun müəllifi olub.



