"Liverpul" "qara zolaq"dan çıxmağı bacarmır.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi daha bir antirekorda imza atıb.

Onlar 60 il sonra Premyer Liqada ardıcıl 2 oyunda böyükhesabla məğlub olub.

"Qırmızılar" sonuncu dəfə 1965-ci ildə belə halla üzləşmişdi. O zaman komandanın baş məşqçisi Bill Şenkli idi.

Premyer Liqada 5-də 5 qələbə ilə başlayan "Liverpul" son 7 oyunun 6-da məğlubiyyətlə üzləşib.

Onlar hazırda 18 xalla 11-ci yerdədir.