"Çelsi"nin hücumçusu Armando Broya karyerasını "Börnli"də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın debütantı albaniyalı hücumçu üçün 20 milyon funt-sterlinq ödəyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Broya ötən mövsümü icarə əsasında "Everton"da keçirmişdi.

O, Albaniya milli komandasının heyətində 27 oyunda 5 qol vurmağı bacarıb.