"Nyukasl" klubu "Nottingem Forest"dən Antoni Elanqanı transfer edir.
Offsideplus.az xəbər verir ki, "sağsağanlar" isveçli futbolçu üçün 55 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.
Elanqa 2023-cü ildə "Mançester Yunayted"dən "Nottingem Forest"ə transfer olunub. O, başa çatan mövsüm Premyer Liqada 38 oyuna 6 qol vurmağı bacarıb.



