"Aston Villa"nın formasını geyinən Emiliano Martines İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər. 

Offsideplus.az xəbər verir ki, Argentina milli komandasının üzvü karyerasını bu ölkədə davam etdirmək istəyir. Futbolçunun agentləri onu "Mançester Yunayted" və "Çelsi" klublarına təklif edib. Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, "Çelsi" və qolkiper arasında danışıqlar keçməyib. 

Qeyd edək ki, Martinesin "Aston Villa" ilə sözləşməsinin müddəti 2029-cu ildə başa çatacaq.