"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" "Sportinq" klubundan Dario Essuqonu transfer edib. London təmsilçisi portuqaliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 22,3 milyon avro ödəniş edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti 2033-cü ilin iyun ayınadək nəzərdə tutulub.