"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşə Səudiyyə Ərəbistanından fantastik təklif gəlib.
Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" klubu portuqaliyalı futbolçunu transfer etmək istəyir. Onun özünə illik 77 milyon avro təklif edilib.
"Mançester Yunayted" isə bu keçiddən 119 milyon qazana bilər.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Fernandeş "qırmızı şeytanlar"ın uğursuz nəticələrindən sonra bu təklifi ciddi şəkildə düşünməyə başlayıb. Səudiyyə Ərəbistan klubu ona düşünmək üçün 3 gün vaxt verib.