"Liverpul"un müdafiəçisi Vircil Van Deykin seriyası başa çatıb.
Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu dünən keçirilən "Brayton"la oyunda meydana çıxmayıb. O, Premyer Liqanın öncəki 36 turunda heç əvəzlənmədən meydanda olmuşdu.
Görüş "Brayton"un 3:2 hesanlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Liverpul" Premyer Liqa çempionluğunu təmin edib. Mersisayd tarixində 20-ci dəfə bunu bacarıb.