"Arsenal" klubu Viktor Dyökereş üçün mübarizədə rəqiblərindən bir addım öndədir.

Offsideplus.az xəbər verir ki, "topçular" bu keçiddə "Mançester Yunayted" və "Çelsi"ni qabaqlayır. Bu barədə "El Nacional" portalı məlumat yayıb.

"Sportinq"in hücumçusu cari mövsümdə 42 oyunda eyni sayda qol vurmağı bacarıb. O, hazırda "qızıl buts" sıralamasında 3-cü yerdədir.