"Çelsi" icarə əsasında heyətində olan Ceydon Sanço barədə son qərarını hələ verməyib.

Offsideplus.az xəbər verir ki, London klubu onun birdəfəlik transferindən vaz keçsə, "Mançester Yunayted"ə 5 milyon funt-sterlinq ödəməlidir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Sanço cari mövsümdə bütün turnirlərdə 29 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. O, son oyunlarda əsas heyətdəki yerini itirib