Manchester United-in baş məşqçisi Joze Mourinyo Chelsea ilə keçiriləcək oyundan əvvəl fikirlərini bildirib. 

Offsideplus.az xəbər verir ki, Mourinyo Chelsea-nin futbolçusu Eden Hazardı xeyli tərifləyib:

“Hazardı Manchester United-də görmək mənə xoş olardı. Ancaq inanmıram ki, Chelsea rəhbərliyi onu bizə satsın. Eden Premyer Liqanın ən yaxşı futbolçusu seçiləndə Chelsea çempion oldu. O, yenə də ən yaxşıdır. Hazard ən yaxşıdırsa, deməli, Chelsea də top-komanda olaraq qalır. Belə futbolçu bir çox oyunların axarını dəyişməyə qadirdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Hazard da Mourinyo haqda fikirlərini bölüşmüş, yenidən çalışmaq istədiyi məşqçilər sırasında ilk onun adını çəkmişdi.

Bu gün keçiriləcək Chelsea - Manchester United matçı saat 15:30-da start götürəcək.