"Arsenal" klubu "Nyukasl"ın futbolçusu Bruno Qimaraeslə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "topçular" braziliyalı yarımmüdafiəçi üçün 58 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin "sağsağanlar" onu satmağı düşünmür.
Qimaraes 2022-ci ilin yanvarıdan "Nyukasl"da çıxış edir. O, cari mövsümdə 37 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.