"Çelsi" 2 transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat verib. Belə ki, "Zadəganlar" “Sportinq”dən Covani Kenda və “Kristal Pelas”dan Dariu Esuqunu transfer edib.
Kenda 50 milyon avro qarşılığında transfer olunub və o, komandaya 2026-cı ilədən qoşulacaq. Dariu Esuqu isə 22 milyon avroya transfer olunub və yayda İngiltərə nəhənginə qoşulacaq.