İngiltərə 1-ci Liqasında maraqlı hal qeydə alınıb. 

Offsideplus.az xəbər verir ki, Con Markis "Piterboro Yunayted" - "Şrusberi Taun" (3:1) matçında 13-cü saniyədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.  

Qeyd edək ki, top liqalarda qırmızı vərəqə rekordunun 1990-cı ildə "Parma"ya qarşı oyunda 10-cu saniyədə meydandan qovulan "Bolonya" futbolçusu Cüzeppe Lorenzonun olduğu güman edilir.

Con Markisin qırmızı vərəqə almasına səbəb olan həmin epizodu təqdim edirik: