"Mançester Yunayted"in qapıçısı Altay Bayındır fevral ayının əvvəlində yaşadığı zədəyə görə meydanlardan uzaq qalmışdı.

Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərlərə görə, təcrübəli qolkiper bu həftədən etibarən komanda ilə məşqlərə başlayacaq.

Əgər baş məşqçi Ruben Amorim ona şans versə, Altay Bayındır 26 fevral çərşənbə günü "İpsviç Taun"a qarşı keçiriləcək oyunda iştirak edə bilər.

Bu mövsüm "Mançester Yunayted" forması ilə 6 rəsmi matçda meydana çıxan Altay, ümumilikdə 570 dəqiqə oynayıb.