"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Səudiyyə Ərəbistanından təklif alıb.

Offsideplus.az xəbər verir ki, məlumatı "El Nasional" yayıb.

54 yaşlı çalışdırıcıya məhz hansı klubun təklif göndərdiyi açıqlanmayıb. Ərəblər ona "Mançester Sti" ilə müqayisədə dəfələrlə çox maaş verməyə hazırdırlar.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən İngiltərə təmsilçisini çalışdırır. Cari mövsüm Çempionlar Liqasında və Premyer Liqada uğursuzluq baş məşqçinin tezliklə "Mançester Siti"ni tərk edəcəyi barədə ehtimalları artırıb.