UEFA Çempionlar Liqasında uğursuluq yaşayan, İngiltərə çempionatında qızıl medallar qazanmaq şansı minimuma enən "Mançester Siti" rəhbərliyi baş məşqçi Xosep Qvardiola ilə yolları ayırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mançesterlilər müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan ispaniyalı çalışdırıcıya artıq əvəz tapıblar. Bu, Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonsodur.

O, ötən mövsüm Almanya çempionu, Almniya kubokunu qazanıb, Avrop Liqasının finalınadək irəliləyib. Belə uğurdan sonra Alonsoya bir sıra klublar, eləcə də Madrid "Real"ı müştəri çıxıb.

Məlumata görə, Xosep Qvardiola hələ ötən il "Mançester Siti"ni tərk etməyə cəhd göstərib. İngiltərə yığmasının baş məşqçisi postunda çalışmaq istəyən mütəxəssisin planları bu vəzifəyə Tomas Tuxelin təyinatında sonra dəyişib.