UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə ən çox qazanan klublar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, İngiltərənin "Liverpul" komandası bu göstəricidə birincidir. Yarışın Liqa mərhələsini 1-ci pillədə başa vuran (7 qələbə, 1 məğlubiyyət) "qırmızılar" bu uğur sayəsində 56,2 milyon avro qazanıblar. "Barselona" 54,5, "Real" isə 37,27 milyon avro qazanc əldə edib. 1/8 finala yüksələcək klublar büdcələrini daha 11 milyon avro artıra biləcəklər.