Türkiyə Super Liqasında milli komandaların oyunlarıyla bağlı yaranan fasilədən sonra "Qalatasaray" "Beşiktaş"la oyuna ciddi itki ilə çıxa bilər.
Offsideplus.az xəbər verir ki, hər iki komanda derbidən öncə son oyunlarına bu həftəsonu çıxacaqlar. "Sarı-qırmızılar" "Antalyaspor"u qəbul edəcək, "qara qartal" isə səfərdə "Konyaspor"la qarşılaşacaq.
"Qalatasaray"ın heyətində Viktor Osimhen və Roland Şallai, "Beşiktaş"da isə Çiro İmmobile, Mert Günok, Ersin Destanoğlu və Emirhan Topçu bu matçlarda sarı vərəqə alarlarsa, limiti doldurduqları üçün derbidə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu martın 29-da keçiriləcək.