"Böyük Dəbilqə" turnirlərinin üçqat yarımfinalçısı, Tokio Yay Olimpiya Oyunlarının bürünc müfakatçısı Elina Svitolina ABŞ-da keçirilən İndiana-Uells turnirində diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı ukraynalı tennisçi yarışın 1/4 final mərhələsində rusiyalı Mirra Andreyevaya uduzub - 5:7, 3:6.

Oyun başa çatdıqdan sonra Svitolina düşmən ölkənin təmsilçisinin əlini sıxmaqdan imtina edib. O, təkcə hakimlə vidalaşaraq, kortu tərk edib.

Qeyd edək ki, Elina Svitolinanın peşəkar qadın tennisçilər arasında ən yüksək reytinqi 3-cü yer olub.

18 yaşı hələ tammam olmayan Andreyeva isə karyerasının yüksəliş dövrünü yaşayır. Ötən il Fransada keçirilən "Böyük Dəbilqə"nin yarımfinalına qədər irəliləməyi bacaran rusiyalı hazırda reytinq cədvəlində 9-cu pillədə qərarlaşıb.