Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında iştirak etməyib.
Offsideplus.az xəbər verir ki, o, İcraiyyə Komitəsinin üzvü olsa da, vacib qərarların verildiyi iclasda gözə dəyməyib.
Bunun səbəbini öyrənmək üçün "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.
O, Offsideplus.az-a verdiyi açıqlamasında Q.Qurbanovun üzrlü səbəbdən iclasa qatıla bilmədiyini söyləyib: "Bildiyiniz kimi, "Qarabağ" sabah Premyer Liqada "Kəpəz"lə qarşılaşacaq. Bununla əlaqədar, baş məşqçimiz Qurban Qurbanov komanda ilə birgə oyunun keçiriləcəyi Tovuza yollanıb".