Markus Reşfordla heç bir klub maraqlanmır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Buna səbəb futbolçunun meydandan kənar davranışları və maaşının həddindən artıq çox olmasıdır. Reşfordun fiziki durumunun da yaxşı olmaması işləri qəlizləşdirir.
Ötən mövsüm oyunçunu transfer etmək istəyən PSJ də hazırda ingilislə maraqlanmır.
Qeyd edək ki, vinger cari "futbol ili"ndə 24 matçda meydana çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə edib.