"Mançester Yunayted" heyətini 17 yaşlı futbolçu ilə gücləndirəcək.
Offsideplus.az xəbər verir ki, bu məlumatı jurnalist Fabritsio Romano yayıb.
Xəbərdə "qırmızı şeytanlar"ın Dieqo Levonla anladığı bildirilib. Hazırda Paraqvayın "Serro Porteno" klubunda çıxış edən müdafiəçi ilə şifahi razılıq əldə olunub.
Onunla 2015-ci ilin yayında müqavilə imzalanacaq.
Qeyd edək ki, Leon bu mövsüm Paraqvay çempionatında 19 matçda meydana çıxıb və 2 qol vurub.