Çempionşipdə mübarizə aparan "Hall Siti"nin yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubunu Ruben Selles çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.