"Atalanta"nın futbolçusu Ademola Lukman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayır.

Mənbəyə görə, nigeriyalı forvard "Mançester Yunayted"in diqqət mərkəzindədir. Keçidin qışda reallaşması az ehtimal edilsə də, İngiltərə nəhəngi yanvarda danışıqlara başlayacaq.

Qeyd edək ki, oyunçu ilə "Real" və PSJ də maraqlanır.