Erlinq Hallanda böyük məbləğdə təklif irəli sürülüb.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti" ulduz futbolçu ilə müqavilə müddətini uzatmaq üçün danışıqlara başlayıb. Bu barədə "Mirror" məlumat yayıb.

"Şəhərlilər"in norveçlinin maaşını ayda 2 milyon avroya, ildə isə 24 milyona çıxarmaq istədiyi qeyd olunub. Eyni zamanda oyunçunun 2027-ci ilə qədər olan kontraktının daha bir neçə il uzadılması planlaşdırılır.