Joze Mourinyo istefa verməsə Manchester United-in  6 oyunçusu klubu tərk edəcək.

Offsideplus.az xəbər verir ki, Mourinyodan həm azarkeşlər, həm də klubun futbolçuları narazıdır. Klub rəhbərliyi portuqaliyalı mütəxəssisə güvəndiyini bildirsə də, De Xea, Erik Bayi, Lük Şou, Pol Poqba, Antonio Valensiya və Antoni Marsial növbəti transfer pəncərəsində klubu tərk edəcəklərini bildiriblər.

Xatırladaq kı, Manchester United Premyer Liqada keçirdiyi 8 oyuna 13 xal toplayaraq 8-ci pillədə qərarlaşıb.