"Mançester Yunayted'in baş məşqçisi Erik ten Haq "Vest Hem"ə səfər məğlubiyyətinə (1:2) şərh verib.
Offsideplus.az xəbər verir ki, məlumatı BBC yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Bu mövsüm üç dəfə haqsızlığa məruz qalmışıq. Bir çox qol imkanları yaratdıq. İki-üç qol öndə olmalıydıq. Penalti isə ədalətsiz idi".
Qeyd edək ki, "qırmızı şeytanlar" 9 turdan sonra 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.