Futbol üzrə maliyyə eksperti Kiran Maquayr “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozduqda 60-100 xal itirə biləcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, bu cəza komandanın yüksək diviziondan aşağı düşməsinə səbəb ola bilər. Dinləmələrin səkkiz həftə ərzində başa çatması gözlənilsə də, 115 ittiham üzrə qərarın verilməsi prosesi üç-dörd ay çəkə bilər.
Daily Mail- in məlumatına görə, klub 2009-cu ildən 2018-ci ilə qədər maliyyə feyr-pleyini pozmaqda ittiham olunur və onların maliyyə ödənişlərini gizlətdiyi iddia edilir.