"Arsenal" ispaniyalı futbolçu ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu yarımmüdafiə xəttini Mikel Merino ilə gücləndirmək niyyətindədir. 

28 yaşlı futbolçu ilə əsas prinsiplər üzrə anlaşma əldə edilib. 

Merino sağlamlıq yoxlamalarından keçdikdən sonra 1+5 illik müqavilə imzalayacaq. 

Keçən mövsümdə "Real Sosyedad"da 45 oyunda iştirak edən ispaniyalı, komandasına 8 qol və 5 asistlə töhfə verib.