İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) Premyer Liqanın 2023/24 mövsümündə ilin ən yaxşı futbolçusunu elan edib.

Offsideplus.az xəbər verir ki, bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden layiq görülüb.

PFA tərəfindən ən yaxşı futbolçu kimi seçilən ingilis oyunçu, ötən mövsümdə Premyer Liqada keçirdiyi 35 oyunda 19 qolla yadda qalıb və 8 məhsuldar ötürmə ilə komandasına dəstək olub.