Juventus-un icraçı direktoru Cüzeppe Marotta klubu tərk etmək niyyətindədir.
Offsideplus.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, italyan iş adamının yeni iş yeri İngiltərənin məşhur klubu Manchester United ola bilər. Həmçinin bildirilir ki, bu keçid baş tutarsa, Marottaya yaxşı tanış olan Chelsea və Juventus-un keçmiş baş məşqçisi Antonio Konte də Old Trafforda təşrif buyuracaq.



