Derby County komandasının baş məşqçisi Frenk Lempard Manchester United-in çətin vəziyyətə düşməsinə təssüfləndiyini deyib.

Offsideplus.az xəbər verir ki, Lempard “qırmızı şeytanlar”ın çətinliklərin öhdəsindən gələ biləcəyini bildirib.

“Joze Mourinyoya hörmətim var. Hazırda o çətin anlar yaşayır. Bütün məşqçilərin karyerasında belə hal olur. Manchester United qalib gələ bilmir. Komanda istəsə də, alınmır. Buna təəssüflənirəm. Mourinyonu başa düşürəm. Son müsahibələrini oxumuşam. İnanıram ki, növbəti matçlarda hər şey qaydasına düşəcək”, - deyə baş məşqçi bildirib.