"Brentford"un hücumçusu İvan Toni İngiltərədə klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, forvardla "Tottenhem" yaxından maraqlanır. Məlumatı jurnalist Ben Yakobs yayıb. İddiaya görə, londonluların əsas prioriteti hücumçunu transfer etməkdir.
Qeyd edək ki, 28 yaşlı oyunçunun "Brentford"la 2025-ci ilə qədər müqaviləsi var. Onun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.