"Mançester Yunayted"in üzvü Skott Maktominay karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, onun xidmətində "Qalatasaray" maraqlıdır.
Qeyd olunub ki, "cim-bom" yarımmüdafiəçisi ilə şəxsi razılığa gəlib.
27 yaşlı oyunçu 2017-ci ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.
Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.