İngiltərənin "Arsenal" klubu heyətini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "topçular" Fabian Ruislə yaxından maraqlanır. Məlumatı "Goal" nəşri yayıb. İnformasiyada bildirilir ki, London təmsilçisinin yarımmüdafiəçini almağa imkanı yoxdur. Britaniyalılar 35 milyon avro dəyəri olan futbolçunu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Ruzi İspaniya millisinin heyətində Avropa çempionu olub. Yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla 47 matçda meydanda olub. Bu görüşlərdə 7 qol vurub, 11 məhsuldar ötürmə edib.