"Real"ın qapıçısı Andrey Lunin karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Liverpul" qolkiperin xidmətində maraqlıdır.

Ukraynalının "kral klubu" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

"Mersisaydlılar" Lunini Alissonun əvəzləyicisi kimi düşünür. Onun karyerasını Səudiyyə Ərəbistanıda davam etdirmək ehtimalı var.

"Çərçivə" qoruyucusu ilə həmçinin "Mançeter Siti" də maraqlanır.