"Mançester Siti"nin üzvü Rodri Hernandes gələcək karyerası haqda danışıb.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərədə xoşbəxt olduğunu bildirib
"İngiltərədə çox xoşbəxtəm. Dünyanın ən yaxşı klublarından birində oynayıram. Bu, göz qabağındadır. Hazırda mənim "Mançester Siti" ilə müqaviləm var və başqa şey haqda düşünmürəm".
Yarımmüdafiəçi 2019-cu ildən "şəhərlilər"in formasını geyinir. 28 yaşlı ispan futbolçu geridə qalan mövsümdə 50 qarşılaşmada 9 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.