"Napoli" "Çelsi"nin hücumçusu Romelu Lukakunu heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Neapol klubu belçikalı üçün “mavilər”ə 12,7 milyon funt-sterlinq (əlavə olaraq 2,5 milyon funt-sterlinq) təklif etmişdi.

Lakin "zadəganlar" Lukakunun satışından 38 milyon funt-sterlinq qazanmaq istəyir.