İngiltərənin “Arsenal” klubunun və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqard beyin silkələnməsi səbəbindən "Nyukasl", "Sevilya" və "Bernli" ilə oyunlarını buraxıb.
Offsideplus.az Britaniya mediasına istinadla xəbər verir ki, məşq zamanı top futbolçunun üzünə dəydi.Zərbənin kifayət qədər güclü olduğu ortaya çıxıb.
Müayinə zamanı Odeqarda beyin silkələnməsi diaqnozu qoyulub. Qaydalara görə, bu zədədən sonra futbolçular altı gün istirahət etməlidir.