İngiltərə “Arsenal”ının kapitanı Martin Odeqard klubla müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, norveçli yarımmüdafiəçi “topçular”la 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

24 yaşlı futbolçu 2021-ci ilin yayında 35 milyon avroya “Real”dan London klubuna keçib.

Odeqard ümumilikdə “Arsenal”da 112 oyun keçirib, 27 qol vurub və 15 məhsuldar ötürmə edib.