İngiltərənin "Mançester Yunayted", "Liverpul" və "Arsenal" kimi klubları "Zalsburq"un futbolçusuna elçi düşüb.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, söhbət Avstriya təmsilçisinin 19 yaşlı yarımmüdafiəçisi Oskar Qluxdan gedir.

İngiltərə nəhəngləri onu qış transfer dövründə heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Qluxun "Zalsburq"la 2027-ci ilədək müqaviləsi var.