"Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Vulverhempton"un mərkəz yarımmüdafiəçisi Mateus Nunyesi transfer etmək üçün hərəkətə keçib. 

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

MS 24 yaşlı futbolçu üçün yeni təklif irəli sürəcək.