İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Sports Digitable"yə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Fənərbağça"nın qapıçısı Altay Bayındır üçün hərəkətə keçib.
Məlumata görə, "qırmızı şeytanlar" 25 yaşlı qolkiper üçün qarşı tərəfə 6 milyon funt sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Altay Bayındırın "Fənərbağça" ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.