"Mançester Yunayted" klubunun mərkəz yarımmüdafiəçisi Harri Maquayr "Vest Hem"ə keçməyə yaxındır.
Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, 30 yaşlı futbolçu "çəkicdöyənlər"lə ilkin razılıq əldə edib.
Lakin Maquayr "Mançester Yunayted"dən təzminat tələb edir.
Məlumata görə, təzminatın məbləği 15 milyon avrodur.